Cem Yılmaz oğluna görə müharibəyə hazırlaşır

Oğlunu mətbuatdan uzaq saxlamaq üçün əlindən gələni edən Cem Yılmaz və Ahu Yağtu cütlüyü bu dəfə mikrob qorxusundadır. Yeni evə köçəcək olan ailə balaca Kamala gigiyenik mühit təmin etmək üçün hər tədbiri görürlər.

Yeni aldığı evdə yaşamağa qərar verən ailə, köçmək üçün Kamalın 40 günlük olmasını gözləyir. Ancaq cütlük bu müddətdə oğullarının mikrobsuz bir mühitdə olması üçün əllərindən gələn hər vasitəyə baş vurublar. Müharibəyə hazırlaşırcasına mikroblarla mübarizə aparan Cem Yılmaz və həyat yoldaşı hər incəliyə fikir veriblər.

Məşhur komediya ustası yeni evin gigiyenası üçün xüsusi şirkətlə müqavilə bağlayıb. Paltarlar də daxil olmaqla, bütün əşyalar eyni təmizlik şirkəti tərəfindən qaydasına salınacaq.

Əminə
AzNews.az