04:59
(077) 610-22-33

Alim Qasımov oğlunun bıçaqlanması xəbərindən danışdı

  • >
1 391 7 Sentyabr 2012 08:29 | Şou-biznes

“Allah onu yayanların başına daş salsın”



Xəbər portallarından birində Xalq artisti Alim Qasımovun oğlunun bıçaqlanması barədə məlumat yayılıb. Xəbərdə deyilir ki, Müşfiqabad qəsəbəsində kafelərin birində düşən davada səkkiz nəfər iştirak edib.

Alim Qasımovun oğlu Qadir Qasımov dostu ilə yemək yeyərkən naməlum səbəblərdən digər 6 nəfərlə aralarında münaqişə yaranıb. Nəticədə Q.Qasımov və dostu çoxsaylı bıçaq xəsarətləri alıblar. Alim Qasımovun oğlu səkkiz bıçaq zərbəsi alıb.

Xəbəri dəqiqləşdirmək üçün AzNews.az-ın əməkdaşı Alim Qasımovla əlaqə saxlayıb. Xalq artisti xəbərdən təəccüblənib:"Allah onu yayanların başına daş salsın. Bu boyda da yalan olar. Bir bu məlumatı dəqiqləşdirib sonra yayın da. Axı belə xəbər insan ömrünü alır".

Bahar
AzNews.az
Bağla X