19:58
(077) 610-22-33

İlhamə Quliyeva xəstəxanadan evə buraxıldı – Eksklüziv - Yenilənib

  • >
985 7 Sentyabr 2012 13:07 | Şou-biznes

Xalq artisti İlhamə Quliyeva artıq xəstəxanadan evə buraxılıb. Bunu AzNews.az-a müğənninin prodüseri Lamiyə Ələkbərova təsdiqlədi: "İlhamə xanım artıq xəstəxanadan ayrıldı. Xəstəxana heyəti ilə vidalaşıb maşınına oturdu".

Qeyd edək ki, İlhamə xanımı xəstəxanada son ziyarət edən müğənni Könül Kərimova olub.

***

15:07

Xalq artisti İlhamə Quliyeva bu gün xəstəxanadan evə buraxılacaq. Bunu AzNews.az-a müğənninin prodüsseri Lamiyə Ələkbərova bildirdi.

L.Ələkbərzadə vurğuladı ki, İlhamə xanım xəstəxanadan ayrılsa da bir müddət həkim nəzarəti altında olacaq: "İlhamə xanın bu gün xəstəxanadan çıxacaq. Müalicəsini evdə davam etdirəcək, həm də dincələcək. O, ağır ürək əməliyyatı keçirdiyi üçün bir müddət yaradıcılığa ara verəcək".

Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva bir müddət öncə Mərkəzi Neftçilər xəstəxanasında ürəyindən cərrahiyyə əməliyyatı olunub.

Bahar
AzNews.az
Bağla X