08:42
(077) 610-22-33

Niyaməddin Musayev Rusiyadan cibidolu qayıtdı

  • >
1 070 8 Sentyabr 2012 12:42 | Şou-biznes

Xalq artisti Niyaməddin Musayev Rusiyadan səfərdən qayıdıb. Orada bir neçə konsert proqramı ilə çıxış edən sənətçi AzNeşw.az-a açıqlamasında bu səfərin Rusiyada yaşayan soydaşlarımız tərəfindən təşkil olunduğunu dedi: "Çoxlu konsert verdik. Məni çox gözəl qarşıladılar. Ümumiyyətlə, məni Rusiyada çox istəyirlər. Onlar da bizim xalqın nümayəndələridir. Həm də istirahət etdim".
Müğənni Rusiyada keçirilən konsertlərin birindən əliboş yola salındığı dedi-qodusuna da cavab verdi: "Bunlar şayiədir. Mən nə vaxt konsertə getmişəmsə, pulla qayıtmışam. Hətta konsert vermədiyim vaxtlarda mən cibi dolu geri dönmüşəm. Görünür, bunlar məni sevməyənlərin işdir."

Bahar
AzNews.az

Bağla X