Röya Ayxandan sonra qardaşı soyundu

Müğənni Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov çəkdirdiyi yeni fotosessiyasıyla diqqət çəkib. AzNews.az Milli.Az-a istinadən xəbər verir ki, Röyanın qardaşı modellik qabiliyyətini nümayiş etdirib.

İ.Nəcəfov açıqlamasında çəkdirdiyi şəkillərə aydınlıq gətirib:

"Mən axı soyunmamışam. Sadəcə, obraz yaratmağa çalışmışam. Oxucularınıza demək istəyirəm ki, mən İstanbulda təhsilimi "kino və reklam aktyorluğu" ixtisası üzrə alıram. Və bu fotoları Türkiyədə fəaliyyət göstərən film şirkətlərinə təqdim etmək üçün çəkdirmişəm. Aldığım təklifləri açıqlamaq istəmirəm, onu deyə bilərəm ki, foto çəkilişimiz hələ tam yekunlaşmayıb".

AzNews.az