Məşhur qrupun Bakı konserti təxirə salındı

Rusiyanın qızlardan ibarət "Serebro" qrupunun Bakı konserti təxirə salındı.

ANS PRESS-in məlumatına görə, avqust ayının 2-si Bakının istirahət mərkəzlərindən birində təşkil olunan konsert proqramı ləğv edilib. Bu barədə konsertin keçirilməsi planlaşdırılan istirahət mərkəzindən məlumat verilib. Onlar başsağlığı verərək qızların başqa bir vaxt çıxış edəcəklərini bildiriblər:

"Cəbhədə düşmənin təxribatlarına layiqli cavab verərək şəhid olan qardaşlarımızın hamısına Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Millətimizin başı sağ olsun! Bu hadisə ilə əlaqədər "SEREBRO" qrupunun konserti təxirə salınır".

AzNews.az