Şəhidlərə hörmətsizlik edən Elşad Xosedən daha bir tərbiyəsizlik- Video

Xəbər verdiyimiz kimi, reper Elşad Xose şəhid olan əsgərlərimizin ruhunu təhqir edib.

Reperin paylaşımına izləyicilər sərt reaksiya verib.

Azərbaycan ordusunun verdiyi itkilərlə əlaqədar belə bir gündə müğəninin hovuzda foto paylaşılmasının düzgün olmadığını deyən insanlar reperin kobud reaksiyası ilə qarşılaşıblar. Elşad Xose qaçqın və məcburi köçkünlərin ünvanına ağır sözlər səsləndirərək, üstəlik bu gün Nabranda keçiriləcək əyləncəyə də qatılacağını deyib.

Bununla da kifayətlənməyən Elşad Xose izləyicilərinə cavab vermək üçün bir neçə dəqiqə əvvəl video da çəkib paylaşıb. Əvvəldən-sonadək söyüşlərdən ibarət olduğu üçün videonu ancaq məhdud çərçivədə verməyə məcburuq: