İlqar Muradov pərt oldu, canlı oxuya bilmədi

Azərbaycan estradasının ağıryana müğənnisi İlqar Murad¬ov səsi ilə bağlı problem yaşayır. Belə ki, bu günlərdə dəvət aldığı toy mərasimlərindən birində iştirak edən müğənni ifa zamanı xoşagəlməz halla qarşılaşıb.

Texniki avadanlıqda qəfil nasazlıq yarandığından İlqar Muradov canlı oxumaq məcburiyyətində qalıb. Xırıltılı səs, yaddan çıxan sözlər müğənnini olduqca pərt vəziyyətdə qoyub.

Beləcə, çoxdan bəri repertuarını yeniləməyən İlqar Muradov oxuduğu "Bu dünyanı nağıl bilək" mahnısını yarımçıq kəsməli olub.

Elza
AzNews.az