02:22
(077) 610-22-33

MTRŞ Namiq Qafarovun yalanını ifşa etdi

  • >
660 11 Sentyabr 2012 11:07 | Şou-biznes

Namiq Qafarovun Televiziya direktoru olması xəbərinə Milli Televiziya və Radio Yayımı Şurası "yox", Namiq Qafarov isə "hə" deyir

"N-Brothers" qrupunun rəhbəri Namiq Qafarov Azərbaycan Mərkəzi Televiziyasına (AMT) direktor təyin olunması barədə AzNews.az-a açıqlama vermişdi.

Qrup rəhbəri bildirmişdi ki, sözügedən kanalın adı hələ dəqiqləşməyib: "Amma deyilənə görə, Azərbaycan Mərkəzi Televiziyası olacaq. Orada mən həm də baş prodüser işini icra edəcəm. 2-3 aydan sonra efirdə olacağıq. Hazırda buna hazırlıqlar gedir".
N.Qafarovun dediyinə görə, Azərbaycan Mərkəzi Televiziyası şou-biznes, mədəniyyət və incəsənətə xidmət edəcək.

Milli Televiziya və Radio Yayımı Şurasından isə AzNews.az-a bu xəbərin şayiə olduğunu dedilər: "Yayım şurası belə bir kanala lisenziya verməyib"

Biz yenidən Namiq Qafarovla əlaqə saxladıq. Ancaq o bu dəfə də anlaşılmayan bir açıqlama ilə çıxış etdi: "Hələ kanalla bağlı hazırlıq gedir. Özü də bu kanalın Milli Televiziya və Radio Yayımı Şurasına aidiyyəti yoxdur. Azərbaycan Mərkəzi Televiziyasını türklər açır. Hazırda bu barədə danışıqlar gedir. Biz fikirləşirik ki, necə çıxaq. Bəzi məsələlər var ki, mən onları açıqlaya bilmərəm".
Xatırladaq ki, iki il bundan əvvəl də Namiq Qafarov belə bir açıqlama ilə çıxış edib.

Bahar
AzNews.az
Bağla X