13:23
(077) 610-22-33

Ölkəmizi dünyada bu qız təmsil edəcək

  • >
2 197 5 Avqust 2014 13:26 | Şou-biznes

Ötən gün "Baku Crystal Hall"un mətbuat zalında "Miss Globe İnternational" müsabiqəsi ilə bağlı tədbir keçirilib. AzNews.az xəbər verir ki, tədbirdən öncə şəhid olan əsgərlərin ruhu yad edilib. Daha sonra müsabiqənin direktoru Savaş Ağca və Azərbaycan üzrə rəsmi tərəfdaş olan" Z Company 2007" şirkətinin rəhbəri Zamiq Əlioğlu çıxış edərək yarışmadan bəhs ediblər.

Təşkilatçılar bildiriblər ki, 120 ölkənin gözəli avqustun 27-də Bakıya gələcək. Eyni zamanda xarici ölkədən qonaqlar da dəvət edilib. Yarışma 120 ölkənin 58 kanalında - Azərbaycan, türk, ingilis dilində canlı olaraq yayımlanacaq. Gecədə - Demet Akalın, Asena, Gökhan Özen, İnna, Lolita, Gürkan Uyqun kimi məşhurlar çıxış edəcəklər. Aparıcı isə Burcu Əsmərsoy olacaq. Türkiyənin "Kanal D, "Star magazin", "Show TV magazin", "TV8 Magazin" verilişlərinin çəkiliş qrupu da paytaxta gələcək.

Qeyd edək ki, ölkəmizi dünya gözəllik yarışmasında 18 yaşlı Banu Sücai təmsil edəcək. Banu Türkiyədə peşəkarlardan dərslər alıb.



İntiqam Valehoğlu
AzNews.az
Bağla X