12:06
(077) 610-22-33

Tanınmış muğam ifaçısı ailə qurur

  • >
2 449 11 Sentyabr 2012 15:07 | Şou-biznes

Əməkdar artist, tanınmış muğam ifaçısı, Dövlət Muğam Teatrının solisti Zeynəb Behbudova toya hazırlaşır. Bu məlumatı AzNews.az-a xanəndənin özü verib.

Z.Behdudova deyir ki, onun toy mərasimi şəhərin məşhur şadlıq saraylarından birində baş tutacaq. Sentyabrın 15-ə təyin edilən düyünə respublikanın adlı-sanlı xanəndələri dəvət olunub: "Mən dəvət etmişəm. Gəlib gəlməyəcəklərinə onlar qərar verəcək. Amma bəy haqqında məlumat vermək istəmirəm. Onun kimliyini toy günü biləcəksiniz. Əsas odur ki, onu sevdim və bu, qarşılıqlıdır".

Bahar
AzNews.az
Bağla X