Emin Ağalarov Cenifer Lopezi 10 il əvvəl tanıyır

Sentyabrın 23-də Bakıda 20.000 tamaşaçı tutumuna mailk olan "Crystal Hall" zalında bəstəkar və müğənni Emin Ağalarov dünyanın məşhur müğənnisi Cennifer Lopezin konsertində xüsusi qonaq qismində iştirak edəcək.

Emin C.Lopez ilə bağlı təəssüratlarını öz rəsmi saytına açıqlamsında bunları deyib: "Mən öz doğma Bakı şəhərimdə dünyada ən gözəl və uğurlu müğənnilərdən biri ilə çıxış edəcəyimdən sonsuz dərəcədə xoşbəxt və həyəcanlıyam. Onunla 10 il əvvəl, "JLo by Jennifer Lopez" brendi ilə işləyərkən tanış olmuşam. İndi isə səhnədə görüşürük və bu, çox əladır"

Fuad Mədətov
AzNews.az