Kənan M.M Aygünü səhnədə görmək istəmir

Rejissor Kənan M.M həyat yoldaşı, müğənni Aygün Şükürovanın səhnəyə qayıtmasına qarşıdır. AzNews.az-a danışan rejissor bildirib ki, həyat yoldaşı haqqında yayılan söz-söhbətlər yalandır.

"Elə bir söhbət yoxdur və ehtimal da olumur. Aygünün səhnəyə qayıtmamasını özüm istəyirəm. Belə məsləhətdir. O, hazırda uşaq böyütməklə və bütün vaxtını onun qayğısına qalmağa sərf edir".

Qeyd edək ki, Kənan M.M ilə A.Şükürova 2008-ci ildə evləniblər və bundan sonra A.Şükürovanın yaradıcılıq fəaliyyətində fasilələr yaranıb. Müğənni hazırda fəaliyyətini tamamilə dayandırıb.

Əminə
AzNews.az