Maestro Ceyhun yeni mahnılarından danışdı

Maestro Ceyhun AzNews.az-a uzun müddət üzərində çalışdığı yeni albomundakı ifalarından danışdı. Albomda dinləyiciləri "Balkan gözəli", "Vals", "Kubada bir gün" kimi möhtəşəm kompazisyalar gözləyir. Skripkaçı albomunun oktyabr ayında işıq üzü görəcəyini də bildirdi. Hal-hazırda isə onun mahnısına müğənni Səadət klip çəkdirir.

Maestro onu da qeyd edib ki, onun üçün mövsüm anlayışı yoxdur: "İlham gəlirsə gəlir, gəlmirsə, onu güclə çağıra bilməzsən. Mahnı bəstələmək hansısa mövsümlə bağlı deyil. Hər an onun üçün tətil, ya da ki, hər an işlək gün ola bilər".

Əminə
AzNews.az