00:31
(077) 610-22-33

“Sizə İlhaməylə bağlı elə faktlar verəcəm ki...” – Nazpəri

  • >
4 280 27 Avqust 2014 10:51 | Şou-biznes

“Sentyabrdan etibarən yeni layihələrimin təqdimatına başlayacam”.



Bunu AzNews.az-a xalq artisti Nazpəri Dostəliyeva deyib.
Qardaşının vəfatından sonra səhnədən ayrı düşən sənətkar, növbəti aydan etibarən yaradıcılığa davam edəcəyini bildirib: "Yeni mahnılar yazdırdım. Konsert layihəm də var. Mən özüm üçün yaşamıram. Məndən nə tələb olunursa, hamısını tamaşaçılarıma verəcəm. Mən tamaşaçılarımın mesajlarını oxuyuram, görürüəm ki, onlar mənim üçün necə darıxıblar. Sentyabrın 1-dən artıq iş başında olacam. Yarımçıq qalan işlərim hamısı tamamlanacaq".

N.Dostəliyeva xalq artisti İlhamə Quliyeva ilə arasında gedən məhkəmə çəkişməsi barədə də danışıb. O, bildirib ki, Ali Məhkəmənin qərarı hələ son deyil: "Hələ bir instansiya da var. Sonda hər şey açıqlanacaq. İlhaməylə bağlı hər şey bilinəcək. Mən də sizə bunlarla bağlı elə açıqlamalar, elə faktlar verəcəm ki..."

Aydan
AzNews.az
Bağla X