09:44
(077) 610-22-33

Elza ilə məşhur aparıcı arasında- Ad qalmaqalı

  • >
1 578 28 Avqust 2014 11:48 | Şou-biznes

Əməkdar artist Elza Seyidcahan teleaparıcı Günay Firudinqızı ilə canlı efirdə dalaşmasından danışıb.



"Qafqazinfo"ya açıqlamasında əməkdar artist artıq teleaparıcı ilə münasibətlərinin düzəldiyini bildirib: "Mən ad xəstəsi deyiləm. Mənim valideynlərimin qoyduğu Elza Seyidcahan və dövlət tərəfindən verilən əməkdar artist adım var. Bir insanı düzgün təqdim etmək lazımdır. Məni ya Elza Seyidcahan, ya da əməkdar artist kimi təqdim etsinlər. Əsasən oğlum tələb edir ki, mənə xanım desinlər. Deyir ki, sənə hörmət etsinlər. Günayla artıq barışmışıq. O da bir səhv idi, mən artıq unutmuşam".

Qeyd edək ki, Elza Seyidcahan "Azərbaycanın səsi" verilişində aparıcının onu "Elza" kimi təqdim etməsinə əsəbiləşmiş və aparıcıya "Sən Günay xanımsansa, mən də Elza Seyidcahan - əməkdar artistəm. Mənə bu adı dövlət verib. Məni o cür təqdim edin" deyə iradını bildirmişdi.

AzNews.az
Bağla X