Müğənni Natəvan Həbibi təhqir olunduğu iddiası ilə məhkəməyə müraciət edib. Müğənni Natəvan Həbibi təhqir olunduğu iddiası ilə məhkəməyə müraciət edib.

Natəvan Həbibi məhkəməyə müraciət etdi-Tolik, Zorik və Aygün prosesə gələcəkmi?

Müğənni Natəvan Həbibi təhqir olunduğu iddiası ilə məhkəməyə müraciət edib.



AzNews.az-ın məlumatına görə, müğənninin prodüser Tarix Əliyev (Tolik) barəsində Xətai Rayon Məhkəməsində qaldırdığı iddia icraata götürülüb.

Tolikin vəkili AzNews.az-a deyib ki, Natavan Həbibinin müvəkkilinə qarşı qaldırdığı məhkəmə iddiasının hazırlıq iclası sabah keçiriləcək.

Vəkil bildirib ki, N. Həbibi təhqir iddiası ilə Tarix Əliyev, prodüser Zöhrab Ağayev, xalq artisti Aygün Kazımovanı ayrı-ayrılıqda məhkəməyə verib. Hər 3 şəxsdən təzminat tələb olunur.

Müdafiəçinin sözlərinə görə, N. Həbibi məhkəmə iddiasında şərəf və layaqətinin alçaldığını iddia edir. O, yüksək təzminat və üzr istəməsini tələb edir.




Lalə
AzNews.az