17:12
(077) 610-22-33

Ancelina Coli Türkiyəyə gəldi -VİDEO

  • >
919 13 Sentyabr 2012 12:24 | Şou-biznes



Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığının xüsusi təmsilçisi Ancelina Coli Qaziantepə gəlib.

Coli xüsusi təyyarə ilə gəldiyi Qaziantep hava limanında Xarici İşlər Nazirliyinin Köç, Mühacirət və Viza İşləri İdarəsinin rəis müavini Engin Yürür və digər rəsmi şəxslər tərəfindən qarşılanıb. Məşhur aktrisa yüksək səviyyəli təhlükəsizlik tədbirləri altında hava limanından ayrılıb.

Coli və onu müşayiət edən heyət daha sonra BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreslə birlikdə ziyarət edəcəyi suriyalı qaçqınların olduğu konteyner şəhərciyinə yola düşüb.



Səadət
AzNews.az
Bağla X