Eldar Qasımov: “Sevdiyim şəxsə demək istərdim ki, artıq mən də azadam” – FOTO

Bu gün "Avroviziya 2011" in qalibi Eldar Qasımov "I am free" mahnısına çəkdirdiyi klipinin təqdimat mərasimini keçirib. AzNews.az-ın məlumatına görə, Eldar Qasımovla yanaşı, teleaparıcı Leyla Quliyeva, "Ok" jurnalının baş redaktoru Zəhra Bədəlbəyli, mahnının müəllifləri və Ukraynadan qonaqlar iştirak ediblər.

E.Qasımov "I am free" mahnısına çəkdirdiyi solo klipi nümayiş olunduqdan sonra ətraflı məlumat verib: "Klip "Avroviziya" qalibiyyətindən sonra ilk solo işimdir. Klipin çəkilişləri Ukraynanın paytaxtı Kiyevdə aparılıb. Layihə bütünlüklə Ukraynanın məşhur "Euromedia Group" şirkətinin komandası tərəfindən həyata keçirilib. İdeya müəllifi və rejissoru Denis Qamzinov, operatoru Dmitriy Peretrutovdur. Klipin ərsəyə gəlməsi üçün nə az, nə çox düz 200 nəfər çalışıb. Klipdə "Va-bank" şou-baleti ilə rəqsləri "caz-fank" üslubunda qurub.

Mahnını "Azerilife Music Entertainment" prodüser mərkəzi ilə birgə yazılıq. Xüsusi ilə DJ və prodüser "Aligee" (Əli Abbasbəyli) və Rasif Babayev də iştirak ediblər. Bu mahnı azərbaycanlı musiqi prodüseri Fərid Məmmədovun iştirakı ilə yazılıb".

Eldar klipdə onun tərəf müqabili olan ukraynalı xanımdan da danışıb: "I am free" klipində mənimlə birgə bir qız da var idi. Adını dəqiq bilməsəm də, sözügedən xanımı bir çoxlarının arasından seçmişdim. Klipdən sonra onu axtarırdım ki, öz təşəkkürümü bildirim. Sevdiyim şəxsə demək istərdim ki, artıq mən də azadam. İnsana təklik də lazımdır. Ancaq çəkiliş meydançasında yenidən aşiq oldum".

Mahnını Azərbaycan dilində ifa etməyəcəyini deyən müğənni, bu, kompozisiyanı ayrıldığı şəxsə həsr etdiyini bildirib.

Fuad Mədətov
Fotolar: Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description