“Artıq onların gedən qatarının fiti də qurtarıb” “Artıq onların gedən qatarının fiti də qurtarıb”

Fərda qocaman Əməkdar Artisti “Ağ yudu, Qara sərdi”

“Artıq onların gedən qatarının fiti də qurtarıb”



"Mən sənətə gələndən 21 maşın dəyişmişəm. Bu mənim piyada olmamağımdan xəbər verir. İndi ondan soruşuram, o, piyadadır, yoxsa mən? Tozlu stolların arxasında oturub boş-boş mənəm-mənəm deməkdənsə, ortaya çıxıb iş görmək lazımdır". Bunu AzNews.az-a yumor ifaçısı Fərda Xudaverdiyev dedi.

O, yaxşı olar ki, interneti açsın və mənim yumorlarıma baxsın. Amma mən ondan bir dənə də olsa, yumor eşitməmişəm. Bu sadəcə olaraq, paxıllıq, qısqanclıq və həzm etməməkdən irəli gəlir. Fərda və Elməddin öz yolu ilə irəliləyir. Nə vaxt ki, bizə lazımi orqanlardan deyəcəklər ki, qardaş, daha siz lazım deyilsiniz, o zaman biz də gedəcəyik. Mənim fanatım var ki, həkim ona iki ay diaqnoz qoyub, amma o, bir ildən artıqdır ki, yaşayır. Onu yaşadan mənim kasetlərimdir. Neçə ildir ki, sənətdədir.

Onu qohum-əqrabasından başqa heç kim tanımır. Bu qapıdan girir, o qapıdan da çıxır. Əgər o, peşəkar aktyordursa, bir ssenari yazsın, təqdim etsin Nazirliyə. Hanı? İşsiz-gücsüz adamlara qarşı bu ittihamın səsləndirilməsi ancaq və ancaq acizlikdir. Artıq onların gedən qatarının fiti də qurtarıb. Azərbaycan yumorunun taleyini düşünən insan belə açıqlama vermir. Yumorun hədəfi cəmiyyətin eybəcərliyi və problemləridir. Biz də onu xalqa aşılamağa çalışırıq. Əgər o, bu sözləri Fərdaya azarkeşlik edənlərdən kiməsə desəydi, onu qapıdan itələyib çıxararlar."

Xatırladaq ki, Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Vahid Əliyev "Elməddin və Fərda sənətdə piyada insanlardır" ittihamı ilə çıxış etmişdi.

Bahar
AzNews.az