- Köhnə - Şou-biznes
- 14 Sentyabr 2012 10:47
- 10 864
Səbinə Babayevanın nişanlısı Cavidan Şərifov AzNews.az-a danışdı – EKSKLÜZİV
Bu barədə məlumatı AzNews.az-a C.Şərifovun özü bildirib. O, S. Babayeva ilə tanışlıq tarixçəsini də danışıb: "Ümumiyyətlə, Səbinə Babayevanı caz ifaçısı kimi çoxdan tanıyıram. Amma Səbinə xanımın bir neçə dəfə "Eurovision" müsabiqənin seçim turlarına qatılması yaxın tanışlığımıza səbəb oldu. İki ildən çoxdur ki, onunla səmimi münasibətimiz var. Amma evlənməyimizə qərarı 6-7 ay əvvəl vermişik. Zaman keçdikcə bir-birimizi daha yaxından tanımağa başladıq, səmimi hisslər və münasibətlərin sonu yaxşı qərarla yekunlaşdı. Ona evlənmək təklifini özüm etmişəm. Yəni ki, milli adət-ənənəmizə uyğun olaraq, anamı onlara yolladım, xeyir-duasını aldı və beləliklə, ailə quracağımıza qərar verdik".
C.Şərifov nişanlısı arasında yaş fərqinə görə heç bir narahatçılıq hissi keçirmədiyini deyib: "Əksinə, bizim aramızda olan yaş fərqi mənim üçün müsbət enerji kəsb edir. Bu, mənə çox xoşdur. Səbinə 1979-cu ildə, mən isə 1985-ci ilə dünyaya göz açmışam".
Təzə bəy onu da qeyd edib ki, toy üçün xüsusi, qeyri-adi heç nə hazırlamayıblar:
"Sırf milli adət-ənənələrimiz uyğun toy olacaq. Toyun aparıcılarını hələ dəqiqləşdirməmişik. Amma toya Azərbaycanın məşhur mədəniyyət və incəsənət nümayəndələrini dəvət etmişik. Bəy və gəlin paltarı sifariş olunub".
C.Şərifov KİV-ın toyu işıqlandırılmasını istəmədiyini və buna görə, özü jurnalistlərin iştirakına qadağa qoyacağını söyləyib: "Şəxsi həyatıma müdaxilələri sevmirəm, bunu müsbət qarşılamıram. Amma pis də qəbul etmirəm. Həyatımda olan xüsusi bir gündür ki, orada hər ikimizin ailələri toplaşacaq və bu baxımdan jurnalistlərin orada olması narahatçılıq yaradar. Ona görə də, toy keçiriləcək şadlıq sarayının yerini gizli saxlayırıq".
Fuad Mədətov
AzNews.az