12:23
(077) 610-22-33

Meyxanaçı Elşən Xəzər də həkimlərimizə güvənmir

  • >
931 14 Sentyabr 2012 11:24 | Şou-biznes

Xəbər verildiyi kimi, meyxana ustası Elşən Xəzər sentyabr ayının 4-də səhər saatlarında mədəaltı vəzində yaranan ağrılar səbəbiylə Su-tikinti Xəstəxanasına yerləşdirilib. AzNews.az-a danışan meyxana ifaçısı bildirib ki, hazırda xəstəxanada həkimlərin nəzarətindədir və müalicəsini davam etdirir.

E.Xəzər müalicəsini davam etdirmək üçün xarici ölkələrin birinə gedəcəyini deyib. O, hazırda prodüserinin bu məsələylə maraqlandığını söyləyib: "Həkim məni yaxşı müalicə edib. Sağ olsun! Amma ehtiyat üçün ya İran, ya da Türkiyəyə gedəcəyəm. Prodüserim internet vasitəsilə araşdırır ki, hansı ölkədə müalicə daha keyfiyyətli olacaq. Bu məsələ təxminən 10 günə müəyyənləşəcək ki, hansı ölkəyə getməliyəm".

Meyxana ifaçısı onu da qeyd edib ki, müalicəyə nə qədər vəsaitin lazım olması da hələ dəqiqləşməyib: "Qiymətlər məlum olandan sonra addımlar atacağıq, amma bununla bağlı, heç kimə ağız açmayacağam. Allah-taala bilən məsləhətdir".
Özünü əvvəlkinə nisbətən çox yaxşı hiss etdiyini deyən E.Xəzər, həmkarlarının, dostlarının, həmçinin, tanımadığı insanların hər gün xəstəxanaya gəldiyini bildirib:
"Həkim deyir ki, indiyədək xəstə yanına gələn bu qədər adam görməmişəm".

Fuad Mədətov
AzNews.az
Bağla X