Nadir Manaf Ağayevi “Eurovision” qalibindən üstün sayır

AzNews.az-ın əməkdaşı müğənni Nadir Qafarzadəyə müraciət edərək, ona kişi həmkarlarını performanslarına görə sıralamasını istəyib. Təqdim olunan müğənniləri N. Qafarzadə belə sıralayıb:

1. Faiq Ağayev
2. Elariz Məmmədoğlu
3. Manaf Ağayev
4. Nurlan Əzizbəyli
5. Eldar Qasımov – "Eurovison 2011" qalibi
6. Nadir Qafarzadə

Eldar Qasımovu niyə son sıralara saldığını soruşanda o belə cavab verib: "Eldar Qasımov "Eurovison"da qalib gəlməklə mənim siyahımda birinci ola bilməz". Xatırladaq ki, bir neçə il bundan əvvəl Nadir Qafarzadə birinci hesab etdiyi Faiq Ağayevi "topa tuturdu".

Əminə
AzNews.az