"Düşünürəm ki, haradasa tamaşaçı zövqünü tuta bildik" "Düşünürəm ki, haradasa tamaşaçı zövqünü tuta bildik"

Aygün Kazımova: “Namiq Qaraçuxurluya layihə kimi yanaşırdım”

"Düşünürəm ki, haradasa tamaşaçı zövqünü tuta bildik"



Xalq artisti Aygün Kazımova uzun müddət duet ortağı olan meyxana ifaçısı Namiq Qaraçuxurluyla iş birliyi haqqında maraqlı fikir səsləndirib. A.Kazımova AzNews.az-a açıqlamasında bunları deyib:

"Mən Namiqdən sonra mütləq hansısa meyxana ifaçısı ilə duet oxumalıyam? Namiqlə duetimizə layihə kimi yanaşırdım. Əgər internet saytlarına nəzər yetirsəniz görərsiniz ki, Namiqlə duetimiz dinləmə və yükləmə baxımından az qala rekord həddə çatsın. Düşünürəm ki, haradasa tamaşaçı zövqünü tuta bildik. Meyxanadan sonra estrada janrına keçdim və növbəti addımım Xəyyam Nisanov oldu".

Qeyd edək ki, A.Kazımova Xəyyam Nisanovdan əvvəl Üzeyir Mehdizadəni duet ortağı seçmişdi. Xalq artisti bu günlərdə Elton Hüseynəliyevlə duet oxuyacağını açıqlayıb.

Fuad Mədətov
AzNews.az