Kirkorovun konsertinin 700 manatlıq biletlərini kimlər aldı?

Rusiyanın tanınmış müğənnisi, xalq artisti Filipp Kirkorov Bakıya gəlir. AzNews.az-ın məlumatına görə, müğənni noyabrın 9-da Bakıda Heydər Əliyev Sarayında ilk solo konsert proqramı ilə çıxış edəcək.

F.Kirkorovun konsertinin biletləri artıq satışa çıxıb. Biletlərin qiyməti 45-700 manata dəyərində olmasına baxmayaraq, qısa müddətdə ilk 20-ci sıraya kimi 700 və 500 manatlıq biletlər satılıb. Hazırda şəhərin mərkəzi kassalarında sözügedən konsertə biletlər yalnız 20-ci sıradan başlayır və 45-100 manat arasındadır.

Qeyd edək ki, bu F.Kirkorovun Bakıda ilk çıxışı deyil. Bir neçə il əvvəl müğənni bəstəkar İqor Krutoyun Bakıda Heydər Əliyev Sarayında keçirilən yaradıcılıq gecəsində çıxış edib. Budəfəki konsert isə F.Kirkorovun ilk solo çıxışıdır.

Fuad Mədətov
AzNews.az