“Əsas odur ki, arvad-uşağın yanında xəcalətli qalmayasan” “Əsas odur ki, arvad-uşağın yanında xəcalətli qalmayasan”

Azərbaycanlı müğənni bundan sonra taksi sürəcək

“Əsas odur ki, arvad-uşağın yanında xəcalətli qalmayasan”



Müğənni Coşqun Viləş sənətindən uzaqlaşıb. Buna səbəb, toylarının azaldığından ailəsini dolandıra bilməməsidir. AzNews.az-ın məlumatına görə, müğənni bundan sonra sürücü fəaliyyətilə məşğul olacaq.

"Kişi üçün pul qazanmaq eyib deyil. Əsas odur ki, arvad-uşağın yanında xəcalətli qalmayasan", - deyən C.Viləş bundan sonra yalnız qohum toylarında oxuyacağını bildirib.

"Sevindiniz? Coşqunla münasibəti olmayanlara, onu müğənni kimi qəbul etməyənləri bu dəfə də sevindirə bilməyəcəyik. Çünki bütün bunlar "Bacanaqlar" serialının ssenarisindəndir. Yeni mövsümdən iş adamı obrazını canlandıracaq Talehin sürücüsü məhz Coşqun Viləş olacaq", - serialın rejissoru Ramin Hacıyev məsələyə aydınlıq gətirib. Rejissorun onu da qeyd edib ki, müğənni rolunun öhdəsindən çox məharətlə gəlir.

Mətanət
AzNews.az