Xalq artisti bu il solo konsert verəcək Xalq artisti bu il solo konsert verəcək

Faiq Ağayev şok vəziyyətinə düşüb – FOTOSESSİYA

Xalq artisti bu il solo konsert verəcək



Xalq artisti Faiq Ağayev 8 il istirahət etmədən yaradıcılıq işləriylə məşğul oldunğu açıqlayıb. AzNews.az-ın məlumatına görə, yeni mövsümdə teleaparıcı Səxavət Nurun təqdimatında yayımlanan "İmza mən" verilişinin ilk qonağı olan F.Ağayev efirlərdə gec görünməyinin səbəbini bu il istirahət etməsiylə əlaqələndirib: "Yay mövsümündə tamaşaçılarımız televiziyaya o qədər də meylli deyillər. Onlar daha çox bu mövsümdə dincəlməyə üstünlük verirlər. Bunun üçün də mən vaxtımdan olduqca səmərəli istifadə etmək istədim. 8 il istirahət etmirdim... Bu yay istirahət etdim".

Xalq artisti veriliş zamanı maraqlarından da söz açıb və saatı sağ qoluna taxmağı sevdiyini deyib. O, həmçinin, fanatlarının diqqətinə çatdırıb ki, barmağındakı üzüyü ona Xalq artisti Aygün Kazımova hədiyyə edib.

Bundam başqa, yeni layihələri haqqında da danışan F.Ağayev bu ay üçün saxladığı yeni mahnılarını yaxın zamanlarda işıq üzü görəcəyini diqqətə çatdırıb. O, sözləri Xuraman Vəfa, musiqisi ilə Nailə Mirməmmədliyə aid olan "Əlvida" və türk bəstəsi olan "Billahi" mahnılarını tez bir zamanda dinləyicilərin ixtiyarına verəcəyini söyləyib.

Bununla kifayətlənməyən Xalq artisti, ilin sonunda pərəstişkarlarını solo konsert proqramıyla sevindirəcək.

Verilişin gedişatında pərəstişkarları Xalq artistini şoka salıb. Belə ki, heç gözləmədiyi anda pərəstişkarlar F.Ağayevə üzərində "Səni dəlicəsinə sevirik" əks olunan tort hədiyyə ediblər.

Fuad Mədətov
AzNews.az
image description image description image description image description image description image description