Skripkaçı Səlim: “Mən doğurdan da bilmirəm ki, bu ada layiqiydim, ya yox”

Dünən "Əməkdar artist" adına layiq görülən skripka ifaçısı Səlim Abbasovun sevincinin həddi-hüdudu yoxdur. AzNews.az-a danışan skripka ifaçısı fəxri ada layiq görülməsinə inana bilmir:

"Cənab prezidentimizə təşəkkürümü bildirirəm ki, "Əməkdar artist" fəxri adına məni layiq bilib. Zeynəb Xanlarovaya, nazirmiz Əbülfəz Qarayevə çox minnətdaram! Var olsunlar! Mən doğurdan da bilmirəm ki, bu ada layiqiydim, ya yox. Amma neçə ildir ki, Azərbaycanı dünyanın bir neçə ölkəsində təmsil edərək, konsert proqramlarıyla çıxış edirəm.

"Eurovision"da çıxışım oldu. Hamı bilir ki, Zeynəb Xanlarovayla, Natiq ritm qrupuyla çalışıram. Onlarla çalışmaq irəliyə doğru addımlamağlma təkan verdi. Bu yaxınlarda, Almaniyada və Hollandiyada festivaldan qayıdar-qayıtmaz bu ada layiq görüldüm. Çox sevinirəm!"

Fuad Mədətov
AzNews.az