12:19
(077) 610-22-33

Dostları Vidadi Bərdəlinin qızının toyunda dava saldılar – EKSKLÜZİV

  • >
3 322 15 Sentyabr 2012 12:06 | Şou-biznes

Dünən müğənni Vidadi Bərdəlinin böyük qızı Neclanın toy mərasimi keçirilib. AzNews.az-ın məlumatına görə, toyun əsas ifaçısı "Xalq ulduzu" müsabiqəsinin iştirakçısı Emil Məmmədov olub.

Toyda Xalq artistləri - Afatndil İsrafilov, Sadığ Zərbəliyev, o cümlədən, müğənnilər - Manaf Ağayev və Qədir Qızılsəs iştirak ediblər.

Onu da qeyd edək ki, toyda V.Bərdəlinin dostları sərxoş halda olduğu üçün narahatçılıq yaradıblar. Bu barədə AzNews.az-a müğənni özü danışıb:

"Dostlar spirtli içkidən çox içmişdilər, sərxoş idilər. Mən axı onların toyunda belə etməmişəm. İçkidir də... bağışlamaq olar. Biz heç vaxt toyda narahatçılığa imkan verməzdik. Sadəcə, bir-iki dostum istəyirdilər ki, müğənnidən mikrofonu alıb, özləri mahnı oxusunlar. Buna da yol vermədik".

Fuad Mədətov
AzNews.az
Bağla X