19:57
(077) 610-22-33

İlhamə Quliyeva: “Yaradıcılığa bir müddət ara verəcəm”

  • >
683 17 Sentyabr 2012 08:57 | Şou-biznes

“Bu, səhhətimin yaxşılaşması naminədir”



"Şükürlər olsun, əməliyyatdan sonra özümü çox yaxşı hiss edirəm. Hər şey normaldır". Bunu AzNews.az-a Xalq artisti İlhamə Quliyeva dedi.

O bildirdi ki, ev şəraitində müalicəsi davam etsə də edilən dəvətləri qəbul edir: "Mənə çoxlu sayda dəvətlər gəlir. Elə yerlər var ki, ondan yan keçə bilmirəm. Gedirəm, iştirak edirəm. Amma yaradıcılığa bir müddət ara verəcəm. Bu, səhhətimin yaxşılaşması naminədir".

Bahar
AzNews.az
Bağla X