08:40
(077) 610-22-33

“Adını Feriha Koydum” serialın yayımı dayandırılır

  • >
1 128 17 Sentyabr 2012 09:41 | Şou-biznes

Serialın reytinqi gözlənilən nəticəni verməyib



Bir neçə gündür sosial şəbəkələrdə "Adını Feriha Koydum" serialının dayanması barədə xəbərlər yayılır. Serialın dayanmasının səbəbi kimi gözlənilən reytinqin alınmadığı göstərilir.

Xəbərə görə, serial Emirin güllələnərək öldürülməsi ilə sona çatacaq. Serialın rejissoru Fatih Aksoy bu barədə heç bir fikir bildirməsə də, öz Twitter səhifəsində "Buda son, yolun sonuna gəldik" sözlərini yazıb.

1 saat ərzində 178284 abunəçi tərəfindən yazısının paylaşıldığını və etirazların çoxaldığını görən rejissor, sonradan məsələyə aydınlıq gətirib. O, bu statusu seriala marağı yaratmaq üçün yazdığını bildirib. Üstəlik öz səhifəsində yeni bölümlərin görüntülərini də izləyiciləri ilə bölüşüb.

Əminə
AzNews.az
Bağla X