Gülyanaq Məmmədova ABŞ-a gedir

Əməkdar artist Gülyanaq Məmmədova bu ilin oktyabr ayında ABŞ-da keçiriləcək türkdilli dövlətlərin mədəniyyət festivalında Azərbaycanı təmsil edəcək.

Bu barədə AzNews.az-a G.Məmmədova özü deyib. O, bildirib ki, oktyabr ayının 2-də ABŞ-ın Hyuston şəhərinə yola düşəcək və həmin ayın 10-a kimi orada qalacaq.

"Səfərimiz "TÜRKSOYUN" təşkilatçılğıyla keçirilən türkdilli dövltələrinin mədəniyyət festivalıyla bağlıdır. Azərbaycanı mən təmsil edəcəyəm. Bu barədə təklif təşkilatçılardan gəlib", - Əməkdar artist söyləyib.

G.Məmmədova keçən il də adıçəkilən təşkilatın dəstəyiylə ABŞ-ın Nyu-York şəhərində və Türkmənistanda keçirilən festivalda Azərbaycanı təmsil etdiyini vurğulayıb.

Fuad Mədətov
AzNews.az-a