ABŞ-ın tanınmış teleaparıcısı kişilərimizdən danışdı – FOTOSESSİYA

"Miss Civilization of The World 2012" müsabiqəsinin finalçılarından olan ABŞ təmsilçisi Llaquelin Valenciya Mendoza Azərbaycan haqqında təəssüratlarından danışıb.

AzNews.az-a açıqlamsında L.V.Mendoza bildirib ki, Azərbaycana ilk dəfədir gəlir və burada olduğuna görə çox məmnundur. O, əvvəllər Azərbaycan haqqında məlumatlı olduğunu deyib:

"Olimpiya oyunlarında Azərbaycan idmançılarını seyr etmişəm. İdmanın güləş və boksda növlərində uğurlara imza atdığnızı bilirəm. FIFA U-17 qadınlararası dünya çempionatının Azərbaycanda keçiriləcəyini biləndə, çox sevindim. Əgər imkan olsa, futbolu izləməyə gedəcəyəm.

Bakı haqqında da çox eşitmçişdim. Gözəl şəhər olduğunu deyirdilər, amma bura gələndə Bakıya vuruldum. Həqiqətən, çox gözəl şəhərdi. Bakını gəzmişəm... Bakıda özümü rahat, etibarlı hiss edirəm".

L.V.Mendoza Azərbaycan qadın və kişilərindən də danışıb:

"Azərbaycan qadınların çox gözəldirlər. Xasiyyətləri yaxşıdır. Hiss edirəm ki, qadınlarınız həssas və diqqətcildirlər. Burada bir neçə Azərbaycan qadınlarıyla tanış oldum. Kişilər də yaraşıqlıdır, cazibədardı".

Bu günə qədər 3 gözəllik müsabiqəsində iştirak edən müsabiqənin 26 yaşlı ABŞ təmsilçisi ABŞ-ın tanınmış teleaparcısı olduğunu söyləyib:

"Əslən meksikalıyam, apaçi kökənliyəm. Apaçi olmağım dərimin rəngindən də hiss olunur. İdman verilişlərini, hava buraxlışlarının aparıcısıyam. "Miss Vaşinqton"un, Çində də keçirilən gözəllik müsabiqəsinin iştirakçısı olmuşam".

Qeyd edək ki, müğənni Səidə Dadaşovanın həyat yoldaşı, müsabiqənin koordinatoru Səlcuq Sami Gökgöz L.V.Mendozanın sözlərini tərcümə edirdi.

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description