04:56
(077) 610-22-33

Zamiq: “Qurban verərdim”

  • >
1 458 19 Sentyabr 2012 06:32 | Şou-biznes

… və “Mən görmədim”



Müğənni Zamiq Hüseynovun yaradıcılığında yenilik var. Bu barədə AzNews.az-a müğənninin mətbuat katibi məlumat verib. Onun sözlərinə görə, Zamiq iki yeni klip çəkdirməyi planlaşdırır.

Müğənni Akif İslamzadənin repertuarında yer alan "Qurban verərdim" mahnısına klip çəkdirməyə hazırlaşan Zamiq bu işini rejissor Fuad Əlişova həvalə edib.

Digər bir mahnı isə hələ heç bir yerdə səslənməyib. Musiqisi Hakan Erola, sözləri Leyli İsrafilovaya məxsus olan "Mən görmədim" adlı mahnıdır. Müğənninin bu mahnısını isə rejissor Anar Hüseynov ekranlaşdıracaq.

Fuad Mədətov
AzNews.az
Bağla X