14:14
(077) 610-22-33

“Miss Civilization of The World 2012” Qırğızıstan təmsilçisi favoritini açıqladı – FOTOSESSİYA

  • >
2 977 19 Sentyabr 2012 10:20 | Şou-biznes

"Miss Civilization of The World 2012" müsabiqəsinin finalçılarından olan Qırğızıstan təmsilçisi Aizhan Seisenbayeva müsabiqənin gedişatından razı qaldığını və bu günə qədər keçirilən müsabiqələrin əksəriyyətinin iştirakçılara fərqli yanaşıldığını deyib.

AzNews.az-a açıqlamasında A.Seisenbayeva ilk dəfədir Bakıya gəldiyini və insanların xoş, səmimi, ürəyiaçıq və qonaqpərvərliyinə heyran olduğunu söyləyib:

"Mənim üçün fəxrdir ki, bu böyük miqyaslı tədbirdə iştirak edirəm. Adətən müsabiqə keçirilən ölkələrdə öz iştirakçılarına daha çox diqqət ayırırlar. Amma Bakıda bütün iştirakçılarla eyni münasibəti gördüm və buna görə, özümü evimdəki kimi hiss edirəm. Elə bil ki, müsabiqə Qırğızıstanda keçirilir. Çox gözəl şəhəriniz, ləziz xörəkləriniz var. Burada hər şey əladır!"

A.Seisenbayeva favoritlərini də açıqlayıb:

"Hər bir iştirakçının fikri qalib olmaqdır. Mənim favoritim Türkiyənin və Azərbaycanın təmsilçisidir. Bunu sirr olaraq, saxlayırdım. Amma sirrimi sizə açdım. Aytacın (Azərbaycan təmsilçisi) qara gözləri, saçları Asiyadan olmasına nişanədir".

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az
Bağla X