İntiqam Rusiyada münsif olacaq, Ehtiram isə… İntiqam Rusiyada münsif olacaq, Ehtiram isə…

“Davay, do svidaniya” qafiyəsi dueldə - EKSKLÜZİV

İntiqam Rusiyada münsif olacaq, Ehtiram isə…



"Davay, do svidaniya" qafiyəsi ilə məhşurlaşan meyxana ifaçıları İntiqam və Ehtiram Rüstəmov qardaşları yaradıcılıq işlərində yeniliklər davam etməkdədir. Bu barədə AzNews.az-a danışan Ehtiram Rüstəmov bildirib ki, Azərbaycanda müğənni Xəyyam Nisanovla, Rusiyada isə Timatiylə işbirliyinə başlayacaqlar:

"Dünən Rusiyanın "NTV" televiziyasının yaradıcı heyəti Bakıya bizi çəkmək üçün gəlmişdi. Onlar Timatiylə münasibətlərimizi və iş birliyimizi soruşdular. Biz də dedik ki, Azərbaycanda Xəyyam Nisanovla, Rusiyada Timatiylə birlikdə iş birliyimizi quracağıq. Hər iki şəxslə ifa edəcəyimiz mahnının klip çəkilişlərinə hazırlaşırıq. Xəyyamla yaradıcılıq işləriylə bağlı bir araya gələcəyik. Mahnı hazır deyil, amma "Davay, do svidaniya" qafiyə üstündə mahnı yazılacaq".

E.Rüstəmov onu da qeyd edib ki, sentyabr ayının 29-da Rusiyanın "Ru TV" televiziyasında yayımlanan mahnı müsabiqəsində İntiqam Rüstəmov münsif heyətində əyləşəcək. Onlar məşhur müğənni Filip Kirkorovla müsabiqə iştirakçıları arasında seçim edəcəklər:

"Mən də həmin müsabiqədə iştirak edəcəyəm. Müsbiqə zamanı zərfin içərisindən iştirakçıların adları qeyd olunan vərəqləri çıxardıb, münsiflərə təqdim edəcəyəm. Həmin müsabiqədə Azərbaycan və rus dilində meyxana deyəcəyimizi təklif etmişik. Onlar da qarşı gəlməyiblər".

Dekabr ayında Rusiyada yeni şənliklərinin çəkilişlərində də çıxış edəcəklərini E.Rüstəmov vurğulayıb.

Fuad Mədətov
AzNews.az