Humay Qədimova: “Çox təəssüf ki, bəziləri də heç yarpağın üzərində belə toz deyillər” Humay Qədimova: “Çox təəssüf ki, bəziləri də heç yarpağın üzərində belə toz deyillər”

Qadın tar ifaçısından iddialı açıqlma: “Hamı fonoqramla sənətə gəlir” – FOTO

Humay Qədimova: “Çox təəssüf ki, bəziləri də heç yarpağın üzərində belə toz deyillər”

Milli musiqi aləti tarın mahir ifaçısı Humay Qədimova öz sənəti ilə bağlı maraqlı açıqlama verib. Musiqiçi özünü ifaçı kimi sınayaraq, bu işin də öhdəsində gəldiyini sübut etməyə çalışır.

AzNews.az-a danışan H.Qədimova deyib ki, o, Azərbaycanın korifey sənətkarlarının repertuarlarında olan və unudulan mahnıları öz repertuarına salacaq:

"Mənim bütün həyatım musiqidən ibarətdir. Tar mənim vurğun olduğum sənət və yiyələndiyim peşədir. İllərdir bu sənətdə sözün həqiqi mənasında külünc vururam. Sözsüz, tardan o tərəfəsi mənim üçün yoxdur. Amma düşündüm ki, səsim var və niyə də çox sevilən sənətkarlarımızın ifasında dinlədiyimiz mahnıları oxumayım, yada salmayım? Elmira Rəhimovanın repertuarına müraciət etdim və "İntizarındayam" mahnısı çox bəyənildi. Amma bir daha bildirmək istəyirəm ki, müğənniliyə bir peşə kimi yox, hobbi kimi baxıram. Amma hər bir halda gördüyüm hər işi peşəkarcasına görməyə üstünlük verirəm və daima öz üzərimdə çalışıram".

Tarı Azərbaycan musiqisinin çox böyük sərvəti adlandıran H.Qədimova, sənətində xanımlar arasında özünü lider hesab etdiyini söyləyib:

"Tar böyük bir sərvət, sənət, həyatdır. Bəziləri bu sənətin kökü, gövdəsi, budağı və yarpağıdır. Çox təəssüf ki, bəziləri də heç yarpağın üzərində belə toz deyillər. Mən isə bu sənətdə şah damar olan budağam. Kimin nə deməyindən asılı olmayaraq, hər şey göz önündədir. Sənətimdə xanımlar arasında liderəm. Hamı fonoqramla sənətə gəlir. Mən isə hər zaman üstünlüyü canlı ifalara verirəm".

Fuad Mədətov
AzNews.Az
image description image description image description image description image description image description image description image description