Tarkanı 2 il həbs gözləyir

Türkiyənin pop ulduzu Tarkanını da aralarında olduğu 17 şübhəli haqqında başlanan cinayət işinin istintaqı başa çatıb. Doğan Xəbər Ajansının yaydığı məlumata görə, sözügedən şəxslər narkotik maddə saxlama, istifadə etmə, satma və satılmasına vasitəçilk etmə maddələri ilə günahlandırılır.

İstanbul 3-cü Ağır Cəza Məhkəməsində keçirilən məhkəmə iclasında Tarkanını özü yox, vəkili Sinem Oskay Baş iştirak edib.

Evində narkotik maddə ilə saxlanılan Tarkanın "istifadə məqsədilə narkotik maddə satın almaq, qəbul etmək və ya saxlamaq" maddəsi ilə 2 ilə qədər həbsi tələb edilir.

E.Əlosmanqızı
AzNews.az