Fəxriyyə Xələfova nadir geyim kolleksiyası hazırladı – EKSKLÜZİV – FOTOSESSİYA

Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova təbii ipəkdən hazırladığı nadir geyim kolleksiyasının təqdimatına hazırlaşır.

Bu barədə AzNews.az-a modelyer özü məlumat verib. F.Xələfova bildirib ki, ipək parçadan hazırladığı geyim kolleksiyasını bu ilin avqust ayının 23-də Moldovada keçirilməsi nəzərdə tutulan "İpək yolu" festivalı üçün təqdim etməyi planlaşdırırmış. Amma festivalın vaxtının dəyişdirilməsi modelyerin planlarına dəyişdirib:

""İpək yolu" festivalının təşkilat komitəsi mənə rəsmi dəvətnamə göndərmişdi. Festival zamanı münsiflər heyətinin həmsədrlərindən olmalıydım və qonaq qismində də öz geyim kolleksiyamı nümayiş etdirməliydim. Təəssüf ki, bu yaxınlarda xəbər aldım ki, təşkilat komitəsi festivalın vaxtını dəyişdirib. Bundan sonra belə qərara gəldim ki, festival üçün hazırladığım geyim kolleksiyamı Azərbaycanda nümayiş etdirim".

F.Xələfova ipək parçadan hazırladığı geyim kolleksiyasının təqdimat mərasimini İçərişəhərdə keçirmək fikrində olduğunu söyləyib:

""İpək yolu" festivalı olduğu üçün bütün geyimlər təbii ipəkdən hazırlanmalı və geyimlərin üzərində əl işləriylə naxışlar əks olunmalı idi. Mən də bu cür nadir bir geyim kolleksiyası hazırladım və heç kim bu cür geyimləri görməyib. Əslində, bu, mənim üçün stimul oldu. Ona görə də, ipəkdən hazırladığım unikal geyim kolleksiyasının təqdimatını İçərişəhərdə keçirmək fikrindəyəm.

Bunun üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə müraciət etmişəm. Demək olar ki, kolleksiya hazırdır və təqdimat üçün başqa geyimlər də əlavə edəcəyəm. Təqdimatda yeni fotosessiyanın çəkilməsinə yer ayıracağam".

Modelyer onu da qeyd edib ki, yeni hazırladığı "Caspian Rose" qadın ətri tam hazırdır və bu günlərdə həmin ətri satışa təqdim edəcək.

Fuad Mədətov
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description