11:38
(077) 610-22-33

Əməkdar artistdən misli görünməyən addım

  • >
1 254 21 Sentyabr 2012 19:20 | Şou-biznes

Əməkdar artist İlqar Muradov solo konsert layihəsi üzərində işləyir. Bunu AzNews.az-a müğənninin özü dedi. İ.Muradovun sözlərinə görə, o, tamaşaçıların qarşısına misli görünməyən bir konsert proqramı ilə çıxacaq: "Lirika mənim həyatım və yaradıcılığımdır. Teatrlaşdırılmış bir tamaşa ilə çıxış etmək istəyirəm. Adi həmkarlarım kimi çıxdım səhnəyə, oxudum və düşdüm - belə bir konsert istəmirəm.

Ən açığım gələn bir işdir. Lirika hər şey tələb edir. Piano, tryo, poeziya, nə varsa hamısından konsertdə görmək istəyirəm. Çünki bunları repertuarımda olan mahnılar, düşüncə tərzim tələb edir".

Hazırda bir neçə bəstəkarla iş birliyi quran müğənni yaradıcılığında yeniliklər etmək fikrindədir: "Bir neçə mahnı üzərində işləyirəm. Onlardan bəziləri hazırdır. Bu mahnıları klip şəkilində təqdim etmək istəyirəm".

Bahar
AzNews.az
Bağla X