14:15
(077) 610-22-33

Bu gün Nazpəri Dostəliyevanın oğlu Əkbərin toyudur – FOTO

  • >
4 259 21 Sentyabr 2012 10:56 | Şou-biznes

Bu gün Xalq artisti Nazpəri Dostəliyevanın ikinci oğlu Əkbərin toyudur. AzNews.az-a daxil olan məlumata görə, N.Dostəliyevanın oğlu bank sektorunda çalışır və öz iş yoldaşıyla da ailə qurur.

Əkbərin toyu paytaxtın möhtəşəm "Buta" sarayında baş tutacaq. Demək olar ki, toya tanınmış mədəniyyət və incəsənət nümayəndələri dəvət olunub. Amma N.Dostəliyeva KİV nümayəndələrinin girişinə qadağa qoyub.

Qeyd edək ki, Nazpəri xanım illər əvvəl birinci oğlu Əlinin toy mərasimində KİV əməkdaşlarını xüsusi qonaqlar qismində dəvət edib və toyun işıqlandırılmasına heç bir qadağa qoymayıb.

Fuad Mədətov
AzNews.az
Bağla X