09:15
(077) 610-22-33

Nadir Qafarzadədən sərt ittihamlar

  • >
2 070 21 Sentyabr 2012 14:02 | Şou-biznes

“Onlar hərəsi bir kənara çəkilib, gələn gəncləri də ittiham edirlər"



Müğənni Nadir Qafarzadə AzNews.az-a açıqlamasında bildirib ki, şou biznesimizin bu gün inkişaf etməməsinin səbəbi qocaman sənətkarlardır: "Onlar hərəsi bir kənara çəkilib, gələn gəncləri də ittiham edirlər.

Mən isə şou biznesdə özlərini qocaman adlandıranları ittiham edirəm. Fikirləşmirlər ki, gəncləri qınamaq əvəzinə yanlarına çağırıb dərs təlim keçsələr, daha effektli olacaq".

Onun sözlərinə görə, sənətə gəlməyində Flora Kərimovanın böyük dəstəyi olub: " Bu gün isə mənim oğlum sənətə gəlir. Oğluma dəstək mən özüm olacağam . Bəs başqa gənc neyləsin? Gənci günahlandırılar, amma əlindən tutub doğru yolu göstərə bilmirlər".

Əminə
AzNews.az
Bağla X