“İkinci həyat” verilişinin layihə rəhbəri: “Biz səhvimizi anladıq”

Xəbər verildiyi kimi, "Toy olsun" və "Onun yarısı" verilişlərindən sonra açılan "İkinci həyat " və "Ümid var" verilişi hökumətin qəzəbinə tuş gəlib. Layihə "yuxarıları" o qədər qəzəbləndirib ki, verilişlərin dərhal dayandırılmasına qərar verilib.

Olan hadisələr haqda daha ətraflı öyrənmək üçün "İkinci həyat" verilişin layihə rəhbəri Şahin Əhədovla əlaqə saxladıq. O xəbəri təsdiqlədi: "Verilişin bağlanması gözlənilmir. Düzdür, xəbərdarlıq olundu. Hal-hazırda tam sürətlə şikayətçilərimizi qəbul edirik. Azərbaycanın doğurdan da bu verilişə ehtiyacı var . Çünki dərdi olan və bu dərdini həll etməkdə acizlik edən Azərbaycan qadını çoxdur. Bundan sonra biz daha da məsuliyyətli işləyəcəyik. Canlı yayında gələn qonaq öz hisslərini saxlaya bilmir. Buna görə verilişi, ya da aparıcını ittiham eləmək olmaz. Biz özümüz də səhvimizi anladıq. Bu bizim problem həll etdiyimiz ilk veriliş deyil. Hətta "Toy Olsun" verilişində də biz insanların problemlərini həll edirdik".

Əminə
AzNews.az