17:13
(077) 610-22-33

Elza Seyidcahan Aygün Kazımovanı məhkəməyə verir

  • >
1 547 22 Sentyabr 2012 14:06 | Şou-biznes

Əməkdar artist Elza Seyidcahan Aygün Kazımovanın prodüseri Tarix Əliyevi (Tolik) məhkəməyə verməyə hazırlaşır. Bu barədə AzNews.az-a Əməkdar artistin özü deyib.

O, bildirib ki, Tolik və Aygün Kazımova ona şər atıblar ki, guya, Elza Seyidcahan xəz dəri geyimləri şirkətinin mövsümlə bağlı açılış mərasiminə dəvətsiz gəlib:
"Şirkətin rəhbərliyilə əlaqə saxladım. Onlar tərəfdən mənə zəng gəlib və bunu isbat edəcək dəlillərim də var. Mən o qədər şərəfsiz insan oldum ki, dəvətsiz olduğum yerə getdim? Onlar özləri çox yerə dəvətsiz gedirlər. Tolik mənə zəng etdi ki, Elza xanım, reklam istəyirsinizsə, Aygün xanım vasitəsilə reklam edək. Mən ona cavab yazmadım. Mənə ikinci dəfə Tolikdən mesaj gəldi: "Sizi ora dəvətə etməmişdilər, siz ora gəldiniz. Elə də olmalıydı. Vay, vay, vay!..." Əslində mən Tolikə hörmət edirəm. Çünki Tolik Aygün kimiləri barmağında göydə fırladır. Çünki Aygün kimilər o qədər qorxaqdırlar ki, özləri Tolik kimilərin arxasında gizləniblər. Tolik kimilər həyasızcasına insanlara hücum edib, təhrik edib, qorxuzdururlar. Tolik bilir ki, kiminlə necə rəftar etmək lazımdır. Bir gün Toliki evimə dəvət etdim. O, mənə dedi ki, evə gələ bilmərəm, çünki evdə gəlin var. Bundan sonra Tolikə hörmətim artdı. Tolik neçə dəfə evimdə olub. Qeybət etməmişik. Ancaq sənətdən-işdən danışmışıq".

E.Seyidcahan qarşı tərəfi məhkəməyə verməyə tələsmədiyini və bunun üçün müəyyən adamlarla məsləhətləşəcəyini söyləyib: "Onlar məni tədbirə dəvət olunmadığımı deməklə, həm mənə, həm də şirkət rəhbərliyinə şər atıblar. Belə insanları gərək, öz aramızda otuzdurmayaq. Toliki də, Aygün Kazımovanı da məhkəməyə vermək ixtiyarım var. Mən Elza Seyidcahanam. Onları xalqın məhkəməsinə buraxıram. Onların hər ikisi mənə şər atdıqları üçün xalqın qarşısında məndən üzr istəməlidirlər. Mesaj mənə gəlib. Özbaşına da deyiləm. Müdriklərlə məsləhətləşib, sonra layiqli addımı atacağam".

Fuad Mədətov
AzNews.az
Bağla X