Cennifer Lopesə Bakıya neçəyə gəlib?

Biz mətbuata qonorarın nə qədər olduğunu açıqlamayacağıq". Bu sözləri Modern.az-a açıqlamasında "Omnikomo Music Group" şirkətinin PR və marketinq direktoru Zaur Darabzadə deyib. Onun sözlərinə görə, mətbuatda gedən yazılar heç də düzgün deyil. Amma məbləğ deyilən qədər deyil.

Z.Darabzadə konsertdə boş yerlərin qalması barədə məlumatları təkzib etdi. Onun sözlərinə görə, konsert üçün 20 minə yaxın bilet satılıb.

"Satılmayan bilet qalmayıb, bütün yerlər dolmuşdu. Boş yerlər var idi, onlar da təhlükəsizlik işçiləri üçün ayrılmışdı. Onlar da konsert zamanı gəzdikləri üçün o yerlər boş qalmışdı".

Qeyd edək ki, dünya ulduzu Cennifer Lopes sentybarın 23-də "Bakı Kristal Zal"da ilk solo konserti ilə çıxış etdi. Mətbuatda yer alan iddialara görə, ünlü sənətçiyə Azərbaycana gəlməsi üçün 1,6 milyon dollar qanorar ödənilib

AzNews.az