Emin Ağalarov: “25 min tamaşaçını bir yerdə görmək həyəcanlandırırdı”

Dünya şöhrətli müğənni Cennifer Lopezin Bakıda "Crystal Hall"da keçirilən konsertinin açılışını edən məşhur müğənni və bəstəkar Emin Ağalarov 25 min tamaşaçının qarşısndakı çıxışı yadda qalan olub.

AzNews.az müğənninin rəsmi saytına istinadən xəbər verir ki, möhtəşəm tədbirdən sonra müğənni çıxış edən Emin bunları deyib: "Bu mənim həyatımın ən inanılmaz təcrübələrindən idi. 25 min tamaşaçını bir yerdə görmək həyəcanlandırırdı. Cennifer Lopez konsertinin açılışını mənə həvalə etdiyi üçün ona təşəkkür edirik!".

Fuad Mədətov
AzNews.az