03:34
(077) 610-22-33

Arzu Rzayev: “Bəstəkarların heç birində yaxşı mahnı yoxdur”

  • >
742 26 Sentyabr 2012 06:32 | Şou-biznes

"Mən bəstəkarlarla işləmirəm. Onların heç birində yaxşı mahnı yoxdur". Bunu AzNews.az-a müğənni Arzu Rzayev dedi.

Onun fikrincə, bu günün bəstəkarlarının yazdığı mahnılar bir günlükdü: "Mahnıların hamısı bir günlükdür. Oxudu, düşdü efirdən, vəssalam. Belə mahnı olmur. Odur ki, özüm çalışıram. Hazırda iki xalq mahnısı üzərində işləyirəm".

Müğənni fəxri adlarla bağlı yaranan söz-söhbətə də münasibət bildirdi: "Mənim bir adım var- Arzu. Bu adı atam verib. Artıq yaşım 50-ni keçib. Bundan sonra ad almağın nə mənası? Heç marağında da deyiləm. 35 ildir ki, səhnədəyəm. Bu gün kiməsə oxumaq, sənət lazım deyil. İrəli getmək üçün başqa şeylər lazımdır".

Bahar
AzNews.az
Bağla X