01:01
(077) 610-22-33

Nicat Kazımov “Klon” oldu

  • >
723 25 Sentyabr 2012 19:28 | Şou-biznes

Gənc Tamaşaçılar Teatrı premyeraya hazırlaşır. Sentyabrın 30-da kollektiv "Klon" adlı tamaşa təqdim edəcək. Bunu AzNews.az-a rejissor Nicat Kazımov bildirdi.

Onun sözlərinə görə, Rumun yazıçısının eyni adlı əsərində o, baş rolun ifaçılarından biridir: "Tamaşada mən, Vüsal Mehrəliyev, Manaf Dadaşov və Elnur Kərimov oynayır. Bundan başqa mən daha bir əsər də təqdim elədim - "Şahzadeyi-xəzər".

Rejissor bu günlərdə Çexiyadan festivaldan qayıdıb. Beynəlxalq Teatr festivalında o, münsiflər heyətində təmsil olunub: "Hollandiya, Çexiya, Macarıstan, Polşa və s. kimi ölkələrdən tamaşalar nümayiş olundu. Bütün tamaşalara baxış keçirildi. Bir həftə ərzində hansı tamaşanın necə qiymətləndirilməsi aydınlaşacaq. Bu xarici qonaqların verdiyi balla müəyyən ediləcək".

N.Kazımov dedi ki, Gənc Tamaşaçılar Teatrında sakitlik hökm sürür: "Mənim üçün fərqi yox idi. İstər Cənnət xanım getsin, ya da getməsin. Yaşlı qadındır. Başını aşağı salıb işini görür. Bu bir gün bitməliydi. Hazırda Cənnət xanımla münasibətlərimiz normaldır. Mən bir neçə əsər var ki, onlara quruluş vermək istəyirəm. O əsərlər "Kabuslar"a bir az yaxındır. Bu barədə teatrın baş rejissoru Bəhram Osmanovla danışıq da aparmışam".

Bahar
AzNews.az
Bağla X