Tədbirdə Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və İsveçdən məşhur simalar iştirak edəcək Tədbirdə Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və İsveçdən məşhur simalar iştirak edəcək

Dünyanın məşhurları Bakıya toplanır

Tədbirdə Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və İsveçdən məşhur simalar iştirak edəcək



Bir çox ölkələrin tanınmış simaları Bakıya toplaşacaqlar. AzNews.az-ın məlumatına görə, məşhurlar paytaxtda keçiriləcək "The first-2012" mükafatlandırma mərasimində iştirak etmək üçün gələcəklər.

Tədbirin təşkilatçısı, nəğməkar şair Xəyal Rza AzNews.az-a açıqlamasında bildirib ki, mərasimi keçirməkdə əsas məqsəd Azərbaycan mədəniyyətinin inkişafına dəstək olmaqdır. O, mərasimdə Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və İsveçdən məşhur simaların iştirak edəcəyini söyləyib:

"Türkiyədən populyar müğənni Gökce, Orxan Ölməz, məşhur kinorejissor Hilal Saral, qocaman sənətçi Selami Şahin, Türk Sənət musiqisi ifaçısı Sevcan Orhan, yazıçı Yasəmən Polad, DJ Gezegen Mehmet, modelyer Muhammer Ketenci, Gürcüstandan müğənni Anri Jokadze (Gürcüstanın "Avrovizion" təmsilçisi), Rusiyadan müğənni Sərxan Sərxan və başqaları iştirak edəcəklər. O cümlədən, Türkiyədən iki millət vəkili də mərasimə qatılacaq. Azərbaycan tərəfindən isə məşhur sima Xalq artisti Zülfiyyə Xanbabayeva olacaq".

X.Rza nominantların təyin olunmasının predmetlərini də açıqlayıb: ""Xəyal" adlı jurnalı respondentlər arasında sorğular keçirir və sorğuların nəticəsinə əsasən şəxslər məlum olur. Bundan başqa, Müşahidə Şurası fəaliyyət göstərir ki, burada il ərzində uğurlu işlərinə görə, seçilən şəxslər "The first-2012"nin siyahısında yer alırlar. Ümumiyyətlə, heç kim əbəs yerə nominasiyalara layiq görülmür".

Oktyabr ayının 10-da "Hilton Baku" otelində baş tutacaq mərasim üçün 300-dək biletin satışı nəzərdə tutulduğunu deyən təşkilatçı, tədbirdə ümumilikdə 750 nəfərin iştirakı nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, keçən il mükafatçılar sırasında Milli Məclisin deputatı Qənirə Paşayeva, bəstəkar Gövhər Həsənzadə, İctimai Televiziya və Radio Yayımları Şirkəti, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, eləcə də nüfuzlu "Show TV" və "Kanal D" telekanallarının nümayəndələri. Soner Sarıkabadayı, Mustafa Ceceli, Beyaz, Erkan Petekkaya və digər məşhurlar iştirak ediblər.

Fuad Mədətov
AzNews.az