- Köhnə - Şou-biznes
- 26 Sentyabr 2012 18:00
- 4 573
Məleykə Əsədova kraliça olacaq
M.Əsədova bildirib ki, Akademik Milli Dram Teatrında Viktor Hüqonun "Mariya Tüdor" pyesi əsasında hazırlanan "Qadın məhəbbəti" tamaşasında kraliça rolunu canlandırır.
O, sabah eyni teatrın səhnəsində nümayiş olunacaq böyük rus yazıçısı Nikolay Qoqolun məşhur "Evlənmə" əsəri əsasında hazırlanan tamaşasında Aqafiya Tixonovna rolunu oynayacaq.
Televiziya verilişlərinə dəvət olunduğunu deyən Xalq artisti, bütün bu işlərinə baxmayaraq, əsasən bütün diqqətini, fikrini övladı Gülərə yönəltdiyini söyləyib.
Fuad Mədətov
AzNews.az